Texnologiya şirkətləri nədən pul qazanırlar? – Foto

InvestyWise tərəfindən texnologiya şirkətlərinin qazanc mənbələri haqqında araşdırma hazırlanıb.

BBN.az LinkedIn platformasında paylaşılan mənbəyə istinadən xəbər verir ki, şirkət 3 güclü texnologiya şirkətini – Apple, Google, Amazon araşdırıb.

APPLE

2022-ci ilin sentyabrın 24-də başa çatan son 12 ayda gəliri 394.3 milyard, məhsullarının satışından gəliri isə 316.2 milyard dollar olub. iPhone satışları Apple-ın gəlirlərində ən böyük, 52.1%-lik paya sahibdir, söhbət isə 205.5 milyard dollardan gedir. Watch və Airpods satışları 41.2 milyard, ümumi gəlirdəki payı 10.5%, MacBook 40.2 milyard, ümumi gəlirdəki payı 10.2%, iPad satışları 29.3 milyard dollar, ümumi gəlirdəki payı 7.4%, xidmətlər üzrə satışları 78.1 milyard dollar, ümumi gəlirdəki payı 19.8%-dir. 

AMAZON

Amazon online mağazadan gəlir 53.4 milyard dollar (ümumi gəlirlərdəki payı 42.1%), 3-cü tərəf satış xidmətləri 28.7 milyard dollar (22.6%), veb xidmətlər üzrə 20.5 milyard dollar (16.1%), Amazon reklam 9.5 milyard (7.5%), Amazon prime və audible üzrə 8.9 milyard (7%), oflayn mağazalar 4.7 milyard dollar (3.7%), başqa mənbələrdən isə 1.3 milyard dollar (1%) qazanıb. 

GOOGLE

2022-ci ilin 30 sentyabrında başa çatan 3 ayda ümumi gəlir 69.1 milyard dollar olub. Axtarış reklamları 39.5 milyard dollar (57.1%), Google Reklam Meneceri 7.9 milyard dollar (11.4%), YouTube 7.1 milyard dollar (10.2%), Google Play 6.9 milyard dollar (9.9%), Google Cloud 6.9 milyard dollar (9.9%) olub.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı