Ticarət marşrutlarının dəyişməsi Qafqaz və Mərkəzi Asiyada iqtisadi artımı sürətləndirib

Qafqaz və Mərkəzi Asiya regionunda son illərdə iqtisadi artımın sürətlənməsində qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər mühüm rol oynayıb.

Bu barədə Asiya İnkişaf Bankı (ADB) tərəfindən yayımlanan analitik məqalədə qeyd olunub.

Məlumata görə, 2022–2024-cü illərdə Qafqaz və Mərkəzi Asiya subregionunda iqtisadi artımın orta illik tempi təxminən 5,5 faiz təşkil edib. Bu göstərici gözləntiləri üstələməklə yanaşı, əksər inkişaf etməkdə olan bazarların artım tempini də qabaqlayıb.

ADB-nin qiymətləndirməsinə əsasən, iqtisadi artımı dəstəkləyən əsas amillər sırasında güclü daxili tələb, pul köçürmələrinin yüksək səviyyəsi, eləcə də qlobal ticarət marşrutlarının dəyişməsi nəticəsində yaranan yeni imkanlar xüsusi yer tutur. Xüsusilə ticarət axınlarının alternativ marşrutlara yönəlməsi subregion ölkələrində iqtisadi fəallığın artmasına müsbət təsir göstərib.

Məqalədə vurğulanır ki, ticarət marşrutlarında baş verən struktur dəyişiklikləri Qafqaz və Mərkəzi Asiya ölkələrinin tranzit və logistika baxımından strateji əhəmiyyətini artırıb. Bununla yanaşı, qeyd olunub ki, bu müsbət tendensiyanın uzunmüddətli iqtisadi üstünlüklərə çevrilməsi üçün regional əməkdaşlığın dərinləşdirilməsi, institusional islahatların aparılmasıinfrastruktur imkanlarının genişləndirilməsi zəruridir.

Related posts

Azərbaycan və “Mastercard” maliyyə inklüzivliyinin genişləndirilməsini müzakirə edib

ABB Tam Visa kartını təqdim etdi

2025-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 9,3 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı