Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DVX maliyyə institutları üçün beynəlxalq hesabatlılıq standartları üzrə təlim keçirib - BBN

DVX maliyyə institutları üçün beynəlxalq hesabatlılıq standartları üzrə təlim keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) maliyyə institutları üçün təlim təşkil olunub. Təlim Ümumi Hesabatlılıq Standartının (CRS) və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (FATCA) tətbiqinə dair məsələlərlə bağlı olub.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi maliyyə institutlarının CRS və FATCA üzrə hesabatlılıq öhdəlikləri barədə məlumatlığını artırmaq, mövcud qanunvericilik tələblərini izah etmək və praktiki bacarıqlarını gücləndirmək olub. Eyni zamanda, beynəlxalq standartların ölkəmizdə tətbiqinin öhdəliklərin yerinə yetirilməsi və Azərbaycanın nüfuzunun artırılması baxımından prioritet istiqamətlərdən biri olduğu vurğulanıb, bu sahədə maliyyə institutları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Təlim çərçivəsində CRS və FATCA standartlarının əsas prinsipləri, müştərilərin vergi rezidentliyinin müəyyənləşdirilməsi, məlumatların toplanması, yoxlanılması və vergi orqanına təqdim olunması prosedurları, eləcə də beynəlxalq avtomatik məlumat mübadiləsi mexanizmləri ətraflı izah edilib. Bununla yanaşı, maliyyə institutlarının üzləşə biləcəyi risklər, hesabatlarda müşahidə olunan uyğunsuzluqlar və onların aradan qaldırılması yolları diqqətə çatdırılıb.

Təlim zamanı tədbir iştirakçılarının suallar ətraflı cavablandırılıb, mövzu ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Dövlət Agentliyinin rəhbərliyi Türkiyədə rəqabət sahəsində keçirilən beynəlxalq vorkşopda iştirak edib

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

Bişkek Beynəlxalq Maliyyə Forumu (BIFF 2026) keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı