“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

11 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir.

Onlayn iclasın gündəliyinə 2023-cü il üzrə üzv bankların nəticələri (əsasən Trade Finance aid olan nəticələr) barədə məlumatlandırma; ticarətin və layihələrin maliyyələşdirilməsi sahəsində gündəlik problem və məsələlərin müzakirəsi; ticarətin və layihələrin maliyyələşdirilməsi sahəsində innovativ yeniliklərin təklifi; növbəti görüşün vaxtını və formatını razılaşdırmaq daxil olmuşdur.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub

İpoteka və Kredit Zəmanət Fondunda ekspertlərlə görüş keçirilib

Unibankdan 1 aprel aksiyası: Komissiyasız kredit!