TikTok-a Threads və X sosial şəbəkələrindəki kimi mətn paylaşma funksiyası əlavə edilib

Funksiyanın aktivləşdirilməsindən sonra TikTok istifadəçiləri video, foto və ya mətn formatında paylaşımlar edə biləcəklər.

BBN.az xəbər verir ki, platforma yeni funksiyanın istifadəçilərə “özlərini ifadə etmək üçün yeni üsul” olduğunu bildirib.

Bundan əlavə, TikTok istifadəçiləri yazı formada olan paylaşımlarına audio və məkan əlavə edə, həmçinin digər istifadəçilər bu yazı paylaşmaları ilə “Duets” edə biləcəklər.

TikTok sosial şəbəkəsi iddia edir ki, “bu yeni funksiyalar mətn paylaşımını video və ya foto paylaşımları kimi dinamik və interaktiv edəcək”.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Yelo Bank dəftərxana və təsərrüfat mallarının alışına dair texniki tender elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı