TikTok ABŞ hökumətini məhkəməyə verib

Paytaxt Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu iddia edilib.

İddiada TikTok-un ABŞ-da fəaliyyət göstərməsinə icazə vermək üçün qanunun tələb etdiyi satışın “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan” mümkün olmadığı bildirilib.

Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu TikTok-un ABŞ-a ötürülməsinə və ya köçürülməsə qadağan edilməsinə yol açan qanun layihəsi ABŞ prezidenti Joe Biden tərəfindən imzalanıb və  aprelin 24-də qüvvəyə minib.

TikTok-un “milli təhlükəsizliyə təhdid yaratdığı” səbəbiylə qadağan edilməsinin yolunu açan qanun Çinin ByteDance şirkətinə platformanı təhvil verməsi üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verir. Əks halda, TikTok-un ABŞ-dakı internet proqram mağazalarından silinməsi gözlənilir.

Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən ByteDance şirkətinin TikTok vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.

Qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin “ifadə azadlığını məhdudlaşdırmaq” mənasına gələ biləcəyini bildirirlər.

TikTok rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və ABŞ-dakı digər sosial media platformaları kimi TikTok-un tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini iddia edir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı