Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib - BBN

TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib

Qısa videolar üzrə aparıcı platforma olan TikTok, tətbiqin istifadəçilər üçün daha rahat və əlçatan olmasını təmin etməyə çalışır. TikTok böyük məmnuniyyətlə tətbiqin artıq Azərbaycan dilində də mövcud olmasını elan edir.

BBN.az xəbər verir ki, Azərbaycan dili seçimi Android və İOS cihazları üçün tətbiqin son buraxılışına əlavə olunub. İstifadəçi interfeysinin lokalizasiyası TikTok platformasını azərbaycandilli istifadəçilər üçün əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

TikTok tətbiqində istənilən vaxt interfeys dilini dəyişə bilərsiniz. Dil parametrlərini dəyişmək üçün:

1. Aşağı sağ küncdə “Profil”ə klikləyin;

2. Parametləri açmaq üçün yuxarı sağ küncdəki üç sətir işarəsinə klikləyin;

3. “Parametrlər və Məxfilik” bölməsini seçin;

4. “Tətbiq dili”ni seçin;

5. Siyahıdan Azərbaycan dilini və ya başqa bir dili seçin.

Related posts

Google-da süni intellekt rəhbərliyində böyük dəyişiklik: Demis Hassabis yeni vəzifəyə keçdi

Asiya fond bazarlarında şok: Çip dalğası Koreya və Yaponiya səhmlərini yerlə-yeksan etdi!

Apple yenidən dünyanın ən dəyərli şirkəti adını geri alıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı