Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
TikTok-un ABŞ-də fəaliyyətini davam etdirməsi üçün birgə müəssisə yaradıldı - BBN

TikTok-un ABŞ-də fəaliyyətini davam etdirməsi üçün birgə müəssisə yaradıldı

Çində yerləşən sosial media platforması TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsi üçün əksəriyyəti Amerika mülkiyyətində olan birgə müəssisə yaradılıb.

BBN.az xəbər verir ki, bu barədə “TikTok” ABŞ Məlumat Təhlükəsizliyi (USDS) təşəbbüsünün açıqlamasında bildirilib.

Məlumata görə, təşəbbüs ABŞ Prezidenti Donald Trampın 25 sentyabr 2025-ci ildə imzaladığı sərəncama uyğun olaraq təsis edilib.

Açıqlamada qeyd olunub ki, ABŞ istifadəçi məlumatları Oracle-ın təhlükəsiz ABŞ bulud mühitində saxlanılacaq.

USDS həmçinin məzmun moderasiyası, etibar və təhlükəsizlik siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətinə malik olacaq.

Related posts

Azərbaycan bankları 2026-cı ildə dayanıqlığını qoruyub saxlayacaq – S&P

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub

Kriptobirjada əsas aktivlərdə eniş davam edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı