“Toyota” və “Honda” milyonlarla avtomobilini geri qaytarır

Yaponiyanın ən böyük avtomobil istehsalçılarından olan “Toyota” və “Honda” şirkətləri ümumilikdə 6 milyondan çox avtomobilini geri çağırmaq istədiyini açıqlayıb.

“Toyota” şirkəti 2.9 milyonu ABŞ daxilində olan ümumilikdə 3.4 milyon avtomobili geri qaytaracaq. Geri çağırmaya əsas səbəb kimi, elektron idarəetmə sistemində (ECU) mövcud defekt səbəbindən qəza zamanı avtomobilin hava yastığının açılmaması göstərilib. Geri çağırılan modellərə “Corolla” (2011-2019), “Matrix” (2011-2013), “Avalon” (2012-2018) və “Avalon Hybrid” (2013-2018) daxildir.

“Honda” şirkəti isə, 2.4 milyonu ABŞ-da, 300 mini isə Kanadada olmaqla, ümumilikdə 2.7 milyon avtomobilini geri çağırıb. İstehsalçının açıqlamasına görə, “Takata” şirkətinin istehsal etdiyi hava yastıqları ilə təchiz edilən, 1996-2003-cü illər arasında istehsal edilən “Acura” modellərində defekt aşkarlanıb. Məlumat üçün qeyd edək ki, “Takata” avtomobil hissələri istehsalçısı bundan əvvəl də defektli hava yastığı istehsalı ilə gündəmə gəlib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı