Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tramp bu gün TikTok-un satışı ilə bağlı sərəncam imzalayacaq - BBN

Tramp bu gün TikTok-un satışı ilə bağlı sərəncam imzalayacaq

ABŞ Prezidenti Donald Tramp bu gün TikTok-un ölkədəki əməliyyatlarının satışına dair danışıqların 2024-cü il qanununun tələblərinə cavab verdiyini təsdiqləyən sərəncam imzalayacaq.

BBN.az xəbər verir ki, imzalanacaq fərman TikTok-un ABŞ-dakı aktivlərinin satış müddətini uzadacaq.

Ağ Evdəki mənbələrin məlumatına görə, bu addım platformanın ABŞ aktivlərini qlobal şəbəkədən ayırmaq, amerikalı investorlar tapmaq və yeni mülkiyyət modelini qanuna əsasən tam icra olunmuş hesab etmək məqsədi daşıyır.

Xatırladaq ki, Tramp daha əvvəl qanunun icrasını dekabrın ortalarınadək təxirə salmışdı. O, həmçinin TikTok-un 170 milyon ABŞ istifadəçisinə sahib olduğunu və yenidən seçilməsində mühüm rol oynadığını, şəxsi hesabındakı izləyici sayının isə 15 milyona çatdığını vurğulamışdı.

Qeyd edək ki, Ağ Ev də ötən ay rəsmi “TikTok” hesabı açıb.

Related posts

“Amazon” 2025-ci ili güclü artımla başa vurdu

ABŞ-ın qaz ehtiyatları rekord səviyyədə aşağı düşüb

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı