ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hökumətinin ABŞ-a 30-50 milyon barel neft tədarük edəcəyini bildirib.
BBN.az xəbər verir ki, Tramp bu barədə ABŞ-da yerləşən Truth Social şirkətinin sosial media hesabı vasitəsilə açıqlama verib.
Tramp neftin bazar qiymətinə satılacağını və pulun Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi onun nəzarəti altında olacağını bildirərək, bu şəkildə pulun həm Venesuela xalqının, həm də Amerika xalqının xeyrinə istifadə ediləcəyini vurğulayıb.