Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlansa “20 qat güclü zərbə” olacaq - BBN

Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlansa “20 qat güclü zərbə” olacaq

Bakı | BBN.az

ABŞ prezidenti Donald Trump İranla müharibənin yaxın zamanda başa çata biləcəyini bildirib. Lakin o, münaqişənin bu həftə bitəcəyinin ehtimalının az olduğunu qeyd edib.

ABŞ lideri sosial şəbəkədə paylaşım edərək İranı strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə neft daşımalarına mane olmamaq barədə xəbərdar edib. Tramp bildirib ki, əgər Tehran neft axınını dayandıracaq hər hansı addım atsa, ABŞ daha sərt tədbirlər görəcək.

“Əgər neftin Hörmüz boğazından axını dayandırılarsa, İran bundan 20 qat daha güclü zərbə alacaq”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ İranın hərbi imkanlarını ciddi şəkildə zəiflədib və ölkənin raket ehtiyatlarının tükənmək üzrə olduğunu iddia edib. Bununla yanaşı, ABŞ rəhbəri bildirib ki, Vaşinqton qlobal bazarda neft təchizatını sabit saxlamaq və qiymətləri aşağı salmaq üçün bəzi enerji sanksiyalarını müvəqqəti yumşalda bilər.

İran tərəfi isə bu açıqlamalara sərt reaksiya verib. İranın İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, müharibənin nə vaxt bitəcəyinə ABŞ deyil, məhz İran qərar verəcək.

Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft tədarükünün təxminən 20 faizinin daşındığı ən strateji enerji marşrutlarından biridir. İran bu boğazın böyük hissəsinə nəzarət edir və münaqişə fonunda dəfələrlə onun bağlana biləcəyini bəyan edib.

Ekspertlərin fikrincə, bölgədə gərginliyin artması qlobal enerji bazarlarında və fond indekslərində kəskin dalğalanmalar yaradır.

Related posts

“Azeri Light” nefti kəskin bahalaşdı: qiymət 141 dolları keçdi

Vüqar Bayramov: Neftin bahalaşması Azərbaycanın valyuta daxilolmalarını artırır

S&P Global Ratings: Brent nefti bu il 80 dollar, 2027-ci ildə 65 dollar olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı