Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Trampın yeni gömrük rüsumları fonunda dolların məzənnəsi kəskin yüksəldi - BBN

Trampın yeni gömrük rüsumları fonunda dolların məzənnəsi kəskin yüksəldi

ABŞ dollarının dünya valyutalarına nisbətdə məzənnəsi, ABŞ-a idxal olunan mallara yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı gözləntilər fonunda sürətlə artıb. Əksinə, səhm bazarı bu xəbərə mənfi reaksiya verib.

BBN.az xəbər verir ki, dolların möhkəmlənməsi ABŞ Prezidenti Donald Trampın 1 avqustdan etibarən ABŞ-a idxal olunan bütün Yapon və Cənubi Koreya məhsullarına 25% gömrük rüsumu tətbiq edəcəyini elan etməsi ilə bağlıdır. Bu barədə Tramp müvafiq ölkələrin liderlərinə məktub göndərib. Tramp, Seul və ya Tokio öz rüsumlarını artırarsa, ABŞ-ın tətbiq etdiyi rüsumun da artırılacağı ilə hədələyib.

7 iyulda Tramp eyni zamanda Qazaxıstan məhsullarına qarşı da 25% gömrük rüsumu tətbiq edib – bu rüsumlar da 1 avqustdan qüvvəyə minəcək. Tramp Truth Social-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə göndərdiyi məktubu dərc edib. Məktubda bildirilir ki, ABŞ-a idxal olunan bütün qazax məhsullarına qarşı gömrük rüsumu tətbiq olunacaq. Amma ABŞ ərazisində istehsal edilən məhsullar istisna olacaq.

Eyni məzmunlu məktublar bu gün ABŞ Prezidenti tərəfindən Malayziya (25% rüsum), Laos (40%), Cənubi Afrika Respublikası (30%) və Myanma (40%) liderlərinə də göndərilib.

Çərşənbə günü, 9 iyulda, bir sıra ölkələr üçün tətbiq olunan rüsumların tətbiqinə verilmiş möhlət müddəti başa çatır. Əksər ölkələr hələlik 10% baza tarifləri ilə qarşılaşır. 90 günlük moratoriumun bitməsi ilə bir çox ölkələr idxal olunan mallar üzrə daha yüksək gömrük rüsumları ilə üzləşəcək.

Tramp bu qərarını ABŞ iqtisadiyyatını “bərpa etmək və fırıldaqçılığın qarşısını almaq” zərurəti ilə əsaslandırır. Onun sözlərinə görə, ABŞ onilliklər ərzində həm dost, həm də düşmən ölkələr tərəfindən “talan edilib və istismar olunub”.

Related posts

Tramp tarifləri bərpa etmək üçün alternativ yollar axtarır

ƏDV geri al” layihəsi çərçivəsində 19,7 mln. manata yaxın vəsait istehlakçılara qaytarılıb

Xankəndi şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı