“Trendyol” Azərbaycanda şirkət yaradıb

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

BBN.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Trendyol Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir. O, 6 ildən çoxdur ki, “Trendyol”da çalışır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı