Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
TuranBank Incofin fondlarından 3,25 milyon dollar vəsait cəlb edib - BBN

TuranBank Incofin fondlarından 3,25 milyon dollar vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank Belçikanın nüfuzlu investisiya şirkəti Incofin Investment Management tərəfindən idarə olunan fondlarla yeni kredit müqavilələri imzalayıb.

BBN.az xəbər verir ki, müqavilələrə əsasən, bank 3 il müddətinə “Incofin Climate-Smart Microfinance Fund” (CSMF) fondundan 1,25 milyon ABŞ dolları, “Incofin Microfinance Fund” (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib.

Məlumata görə, cəlb olunan vəsaitlər kiçik və orta biznesin, xüsusilə də ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bu addım regionlarda fəaliyyət göstərən sahibkarların yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və onları məzənnə risklərindən qoruyacaq.

Qeyd olunub ki, sözügedən investisiya “TuranBank”ın ölkənin dayanıqlı iqtisadi inkişaf strategiyasına dəstək istiqamətində atdığı növbəti mühüm addımdır.

Xatırladaq ki, Incofin İnvestisiya Fondu inklüziv maliyyə, dayanıqlı qida və təmiz su sahələrində fəaliyyət göstərən müəssisələri dəstəkləyən aparıcı təsir investisiya fondu meneceridir. Şirkət 1 milyard ABŞ dollarından çox həcmdə aktivləri idarə edir və Belçika, Kolumbiya, Keniya və Hindistanda fəaliyyət göstərən 90-dan çox peşəkardan ibarət komandaya malikdir. Incofin yarandığı gündən etibarən 5 milyard ABŞ dollarından artıq həcmdə borc və kapital investisiyaları həyata keçirərək 50-dən çox inkişaf etməkdə olan və sərhəd bazarında sahibkarların inkişafına dəstək verib.

1992-ci ildə təsis olunan “TuranBank” hazırda ölkə üzrə 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərir və müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşiddə maliyyə xidmətləri təqdim edir.

Related posts

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Azərbaycanda pensiya xərcləri 10% artaraq 3,9 milyard manata çatıb

Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı