Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə dair konfransa qatılıb - BBN

Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə dair konfransa qatılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri v.m.i.e. Ayhan Satıcı “Türkiyə-Azərbaycan regional əməkdaşlıq imkanlarının araşdırılması” adlı konfransda iştirak edib. Azərbaycan ilə Türkiyə arasında, xüsusilə sərhədyanı bölgələrdə iqtisadi və mədəni əlaqələrin, eləcə də qarşılıqlı turizmin inkişaf etdirilməsi məqsədi daşıyan konfrans Şərqi Anadolu İnkişaf Agentliyi və Van Yüzüncü Yıl Universitetinin birgə əməkdaşlığı çərçivəsində keçirilib.

Onlayn formatda təşkil olunmuş konfransda iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyətindən danışılıb, bu potensialın regional inkişafa təsirinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

Konfransa Türkiyə və Azərbaycandan müxtəlif sahələri təmsil edən 50-dən çox iştirakçı, o cümlədən hər iki ölkənin səfirləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, rektorlar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıblar.

Related posts

ABA-nın İFRS üzrə Alt İşçi Qrupu ilk onlayn iclasını keçirib

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Mərkəzi Bank Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı