Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb - BBN

Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ehtiyat göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, Mərkəzi Bankın ümumi ehtiyatları 24 oktyabr həftəsində 12,9 milyard dollar azalaraq 185,5 milyard dollara enib. Qurumun ehtiyatları bundan öncə, 17 oktyabr həftəsində 198,4 milyard dollarla tarixi maksimum səviyyəyə çatmışdı.

Hesabat dövründə TCMB-nin qızıl ehtiyatları 111,17 milyard dollardan 104,66 milyard dollara düşüb ki, bu da tarixi azalma kimi qeydə alınıb.

Bankın valyuta ehtiyatları isə 87,27 milyard dollardan 80,8 milyard dollara qədər azalıb.

Related posts

Ziraat Bank Azərbaycan Sumqayıt Bulvar Residence layihəsi üzrə partnyor daşınmaz əmlak krediti kreditini təqdim edir

Xalq Bankda yeni müşavirlər təyin edildi

Unibank jurnalistlər üçün təlim təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı