Türkiyə Mərkəzi Bankının rezervləri azalıb

Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatları həftə ərzində 230 milyon dollar həcmində azalaraq, 38.507 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 5.786 milyard dollar  geriləyərək, 78 milyard 367 milyon dollar olub.

Məlumat üçün qeyd edək ki, TCMB ümumi ehtiyatları 116.874 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 6 milyard 17 milyon dollar azalma deməkdir.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı