Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyə mərkəzli “fintech” Dünya Bankından investisiya alıb

Türkiyə mərkəzli “fintech” Dünya Bankından investisiya alıb

Kiçik və orta bizneslərə (KOB) faktura izləmə, tranzaksiyaları həyata keçirmə və bir sıra digər imkanlar təklif edən “Figopara” maliyyə texnologiyaları şirkəti Dünya Bankı və “Revo Capital”ın da daxil olduğu bir sıra investorlardan bir milyon dollar həcmində investisiya cəlb edib. Şirkət cəlb edilən vəsaitin KOB-lara göstərilən xidmətlərin çeşidliliyinin artırılmasına və vasitəçiliyin asanlaşdırılması üçün texnoloji avadanlıqlarının təkmilləşdirilməsinə sərf edəcəyini bildirib.

1000-dən çox rəsmi müştəri bazasına sahib olan “Figopara” ümumilikdə 650 milyon lira məbləğində 60 mindən çox tranzaksiyanın həyata keçirilməsini reallaşdırıb.

2016-cı ildə yaradılan şirkət “Akbank”, “ING Türkiyə”, “Yapı Kredi Bank” daxil olmaqla yeddidən çox bankla əməkdaşlıq edir. Bundan əvvəl, şirkət “Endeavor Catalyst” və Beynəlxalq Maliyyə Korporasiyasından investisiya cəlb edə bilib.  

Related posts

AMB investisiya şirkətinin vəzifəli şəxsini cərimələyib

Qızıl yenidən səhnədə: Qiymət 2 aydan çox müddətin zirvəsinə yaxınlaşdı

Qızıl bazarında yeni rekord: Qiymətli metal 7 həftənin zirvəsinə qalxdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı