Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyə Respublikasının Ədliyyə Akademiyasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub - BBN

Türkiyə Respublikasının Ədliyyə Akademiyasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub

Türkiyə Respublikasının Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması tarixi, məqsədləri və qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri müasir tələblərə cavab verən sosial innovasiyalardan istifadə etməklə vətəndaşlara operativ, şəffaf və səmərəli dövlət xidmətləri göstərir. Vətəndaşlara xidmət prosesi ilə əyani  tanış olan qonaqlar bir çox ölkələrdə “vahid pəncərə” prinsipi ilə çalışan qurumların fəaliyyət göstərməsinə baxmayaraq “ASAN xidmət”in vətəndaş rahatlığı və məmnunluğu baxımından bir inqilab etdiyini bildiriblər.
 
Görüş zamanı qonağa Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu barədə də məlumat verilib.

Qonaqlar, həmçinin “ASAN xidmət”də könüllülük fəaliyyəti ilə də tanış olublar.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı