Türkiyədə daşınmaz əmlak satışları kəskin azalıb

Türkiyə Respublikasının rəsmi statistika bürosu TürkStat aprel ayına ölkədə olan daşınmaz əmlak satışları ilə bağlı hesabatını paylaşıb. Türkiyədə bu il aprel ayında 42783 mülk satışı həyata keçirilib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq ayında nisbətdə 55.5% azalma deməkdir.

Ən çox daşınmaz əmlak satışı İstanbul şəhərində (6113) qeydə alınıb. Paytaxt  Ankarada 4500 satış həyata keçirilib. Böyük şəhərlərdən bir digəri İzmirdə isə 2533 daşınmaz əmlak satılıb. Ən az mülk satışı isə Hakkaridə (6) qeydə alınıb.

Daşınmaz əmlakın ipoteka ilə satışında da kəskin artım müşahidə olunub. Respublika üzrə ipoteka ilə satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.9% artaraq 17088 olub.

Xarici ölkə vətəndaşlarına aprel ayı boyunca 790 mülk satışı həyata keçirilib. Ən çox daşınmaz əmlak alımını İran vətəndaşları (157) tərəfindən olub.

Related posts

2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı 3,3 milyard dolları ötüb

Texnologiya nəhəngi “Huawei” maliyyə nəticələrini açıqlayıb

Kənd təsərrüfatına dair yeni dövlət standartı qəbul edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı