Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyədə daşınmaz əmlakın satış həcmi artıb

Türkiyədə daşınmaz əmlakın satış həcmi artıb

Türkiyə Respublikasının rəsmi statistika bürosu TürkStat mart ayına ölkədə olan daşınmaz əmlak satışları ilə bağlı hesabatını paylaşıb. Türkiyədə bu il mart ayında 108670 mülk satışı həyata keçirilib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq ayında nisbətdə 3.4% artım deməkdir.

Ən çox daşınmaz əmlak satışı İstanbul şəhərində (19846) qeydə alınıb. Paytaxt  Ankarada 12409 satış həyata keçirilib. Böyük şəhərlərdən bir digəri İzmirdə isə 7131 daşınmaz əmlak satılıb. Ən az mülk satışı isə Hakkaridə (7) qeydə alınıb.

Daşınmaz əmlakın ipoteka ilə satışında da kəskin artım müşahidə olunub. Respublika üzrə ipoteka ilə satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90.4% artaraq 43329 olub.

Xarici ölkə vətəndaşlarına mart ayı boyunca 3036 mülk satışı həyata keçirilib. Ən çox daşınmaz əmlak alımını İran vətəndaşları (465) tərəfindən olub.

Related posts

Naxçıvanda indiyə qədər 5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib

2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı 3,3 milyard dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı