Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Türkiyədə illik inflyasiya aprel ayında 69.8%-ə yüksəlib.

BBN.az bu barədə Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir. Mart ayında bu rəqəm 68.5% təşkil edib.

Məlumata görə, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.18%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 18.72% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 51.20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 103.86% ilə təhsil sektoru olub.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı