Türkiyədə inflyasiya 24 ildə ən yüksək göstəriciyə çatıb

Türkiyədə inflyasiya 24 ildə ən yüksək göstəriciyə yüksəlib, bu barədə BBN.az DW News-a istinadən xəbər verir. Müstəqil ekspertlərin apardığı araşdırmaya görə, bu ölkədə illik inflyasiya göstəricisi iyunda 78,6% olub. 

İnflyasiyadan əziyyət çəkən digər ölkələr kimi Türkiyədə də vətəndaşlar yüksək qiymətlərdən xilas olmağın yolunu daha az məhsul almaqla, xarici səfərləri azaltmaqla və ikinci, hətta üçüncü bir işdə çalışmaqda görürlər.

Həmçinin, müstəqil ekspertlər bildiriblər ki, inflyasiya ən çox aşağı-orta gəlirliliyi olan şəxslərə təsir edib. 

Qeyd etmək yerinə düşər ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşların rifahını yaxşılaşdırmaq üçün aylıq minimum əmək haqlarını 30%, 315 avroya (5500 lirə) yüksəldib. Ölkənin Mərkəzi Bankı da inflyasiya ilə mübarizə aparmaq üçün səylərini davam etdirməkdədir. 

Related posts

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Onlayn formatda beynəlxalq konfrans keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı