Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb

Türkiyənin rəsmi statistika ofisi TÜİK ölkədə qeydə alınan ən son istehlak qiymətləri indeksi göstəricilərini açıqlayıb. Hesabata görə, 2022-ci ilin mart ayında inflyasiya dərəcəsi ötən aya nisbətdə 5.46%, ötən ilin müvafiq ayına nisbətdə isə 61.14% yüksəlib.

Ümumilikdə, 409 fərqli sfera üzrə qiymət dəyişiklikləri əsasında hesablanan hesabatda, 313 sfera üzrə qiymət artımları qeydə alınıb. Nəqliyyat və daşınma üzrə qiymətlərdə 100%, qida və alkoqolsuz içkilər üzrə 71%, ev əşyaları üzrə isə 70% civarında artım baş verib. İllik müqayisədə ən az artım (15%) kommunikasiya sferasında qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, Türkiyənin alternativ inflyasiya araşdırma qrupu olan “ENAGRUP” tərəfindən açıqlanan göstəricilərə görə, inflyasiya ötən ilin mart ayına nəzərən 142.63% səviyyəsində qərarlaşıb.           

Related posts

SOCAR tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb

AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir

Energetika naziri Rumıniyaya səfər edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı