Türkiyədə işsizlik azalıb

Türkiyə Statistika Orqanının (TürkStat) 2021-ci ilin oktyabr ayına açıqladığı göstəricilərə görə, Türkiyədə işsizlik 11.2% (3.717 milyon nəfər) səviyyəsindədir. Bu isə, bir öncəki ay ilə müqayisədə, 75 min nəfər azalma deməkdir.

Digər tərəfdən isə, ötən ilin oktyabr ayı göstəricilərinə nəzər saldıqda, işsizlik səviyyəsində 2.1% (384 min nəfər) həcmində azalma qeydə alındığı görünür.

Ümumilikdə isə, oktyabr ayında sentyabr ayı ilə müqayisədə işçi qüvvəsinin sayında 104 min nəfərlik artım qeydə alınıb. Türkiyədə hazırki işçi qüvvəsinin həcmi 33.297 milyon nəfər səviyyəsindədir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı