Türkiyə Statistika Orqanının (TürkStat) 2021-ci ilin avqust ayına açıqladığı göstəricilərə görə, Türkiyədə işsizlik 12.1% (3.965 milyon nəfər) səviyyəsindədir. Bu isə, bir öncəki ay ilə müqayisədə, sabit tendensiya deməkdir.
Digər tərəfdən isə, ötən ilin avqust ayı göstəricilərinə nəzər saldıqda, işsizlik səviyyəsində 0.1% (75 min nəfər) həcmində azalma qeydə alındığı görünür.
Ümumilikdə isə, avqust ayında iyul ayı ilə müqayisədə işçi qüvvəsinin sayında 4 min nəfərlik azalma qeydə alınıb. Türkiyədə hazırki işçi qüvvəsinin həcmi 32.67 milyon nəfər səviyyəsindədir.