Türkiyədə minimum əmək haqqı kəskin artırılıb

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin qapalı olaraq keçirdiyi dördüncü iclasından sonra ölkədə minimum əmək haqqında ciddi dəyişiklik həyata keçirilib. İclasdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yeni rəqəmlər ictimaiyyətə açıqlanıb.

Ərdoğan çıxışında bildirib ki, yeni valyuta məzənnəsi və inflyasiya göstəricilərinə uyğunlaşdırmalara əsasən təyin edilən minimum əmək haqqı 4250 lirə olaraq təyin edilib. Qeyd edək ki, iclasa qədər minimum əmək haqqı 2896 lirə səviyyəsində olub, bu isə 46.7%-lik rekord artım deməkdir.

Bununla yanaşı, yeni qanunvericiliyə əsasən, minimum əmək haqqıdan gəlir və damğa vergisinin alınması dayandırılacaq. Bu isə, sahibkarlar və işəgötürənlərin payına düşən təqribi 450 lirəlik bir xərci azaldır. Əmək haqqının nə qədər olmasından asılı olmayaraq, 4250 lirəlik qismindən gəlir və damğa vergisi tutulmayacaq.

Nəticə olaraq, 5004 lirə olaraq təyin edilən xalis minimum əmək haqqından 700 lirə sığorta və 50 lirə işsizlikdən sığorta ödənişi tutulacaq və əməkdaş 4253.4 lirə net əmək haqqı əldə edəcək.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı