Türkiyədən fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 82 milyon 293 min dollar pul baratları göndərilib.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16.4% (11 milyon 619 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 70 milyon 674 min dollara bərabər olub.
Qeyd edək ki, 6 ayda Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 14.5% təşkil edib.