Türkiyə Statistika Komitəsi aprel ayı üçün inam indekslərini açıqlayıb.
İstehlakçı inam indeksi bu ay ötən ay ilə müqayisədə 5.8 faiz azalaraq 54.9 faizə qədər geriləyib. Maliyyə vəziyyətinə inam indeksi 7.8% azalaraq 72.5, ümumi iqtisadi vəziyyətə inam indeksi 1.1% azalaraq 74.8, məşğulluq səviyyəsinə inam indeksi 6.7% azalaraq 53.8, yığım indeksi isə 13.1% azalaraq 18.4 səviyyəsinə geriləyib.
Aprel ayında sektoral inam indeksi də zəifləyib. Belə ki, xidmət sektorunun inam indeksi 50%-dən çox geriləyərək 46.1 olub. Pərakəndə sektora inam 26% azalıb. Tikinti sektorunun inam indeksi isə 42.2% azalaraq 44.7 səviyyəsində qərarlaşıb.