Türkiyənin avtomobil ixracı kəskin geriləyib

Türkiyədə aprel ayı üzrə avtomobil ixracı göstəriciləri 596 milyon dollar səviyyəsində qərarlaşıb. Bu barədə məlumat, Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi tərəfindən dərc edilib. Hesabatda, göstəricinin ötən ilin aprel ayı ilə nisbətdə 77% geriləməsi nəzərə çarpır. Sektorun ölkə ixracındakı payı isə 6.6%-ə düşüb.

Türkiyədən avtomobil ixracı həcmi ABŞ-a 69%, İtaliyaya 72%, Rusiyaya 57%, Birləşmiş Krallığa 74%, Almaniyaya isə 63% həcmində azalıb. Ümumilikdə, Türkiyənin əsas ixrac bazarı olan 63.3%-lik paya sahib Avropa Birliyinə avtomobil ixracı 81% azalaraq 377 milyon dollar olub.

Minik avtomobillərinin ixracından əldə edilən vəsait 86% azalaraq 132 milyon dollar olub. Minik avtomobillərinin ən çox ixrac edildiyi Fransa, İtaliya və İsrail bazarlarına ixrac 82% civarında geriləyib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı