“Twitter” və “Facebook” rəqibi istifadəyə verilib

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp yeni sosial media platforması yaradacağını açıqlamışdı. Prezident olduğu dövr ərzində sosial media hesablarından çoxlu sayda paylaşımlar edən Trampın 2020-ci ildə bir çox paylaşımları “Twitter” və “Facebook” tərəfindən müəyyən səbəblərdən silinib və bir müddət sonra Trampın sözügedən sosial media saytlarına girişi məhdudlaşdırılıb.

Donald Tramp “Truth Social” adlı yeni sosial media platformasını dünən istifadəyə verilsə də, noyabr ayında müəyyən şəxslər ilə bu platformanın test mərhələsi başladılıb. Tramp açıqlamasında, “Truth Social”ın əsas məqsədi qərəzsiz və düzgün platforma yaradılması ilə yanaşı, “Twitter” və “ Facebook” kimi böyük texnologiya şirkətləri ilə mübarizə aparılmasıdır. “Truth Social” sosial media platformu Tramp tərəfindən yaradılan “Trump Media & Technology Group” şirkəti tərəfindən idarə edilir.

Dünən gecə ictimaiyyətə təqdim edilən sosial media tətbiqetməsi qısa zamanda “App Store” platformasında lider pilləyə yüksəlib.

Reuters

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı