“Twitter” və “Facebook”a yeni rəqib gəlir

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp yeni sosial media platforması yaradacağını açıqlayıb. Prezident olduğu dövr ərzində sosial media hesablarından çoxlu sayda paylaşımlar edən Trampın ötən il bir çox paylaşımları “Twitter” və “Facebook” tərəfindən müəyyən səbəblərdən silinib və bir müddət sonra Trampın sözügedən sosial media saytlarına girişi məhdudlaşdırılıb.

Donald Tramp “Truth Social” adlı yeni sosial media platformasını gələn ilin əvvəlində istifadəyə verəcəyini bildirsə də, noyabr ayında müəyyən şəxslər ilə bu platformanın test mərhələsi başladılacaq. Tramp açıqlamasında, “Truth Social”ın əsas məqsədi qərəzsiz və düzgün platforma yaradılması ilə yanaşı, “Twitter” və “ Facebook” kimi böyük texnologiya şirkətləri ilə mübarizə aparılmasıdır. “Truth Social” sosial media platformu Tramp tərəfindən yaradılan “Trump Media & Technology Group” şirkəti tərəfindən idarə ediləcək.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı