UBS: “Kart Ödənişlərinin 15% -i 2026-cı ildə Biyometrik Kartlarla təsdiqlənəcək”

Üzərində barmaq izi oxuyucu sensoru olan və təmassız ödənişlərdə parolları daxil etmək ehtiyacını aradan qaldıran biometrik kartları gündəminə gətirən son şirkət İsveçrə bankı UBS oldu.

Biometrik kartların gələcəyi ilə bağlı proqnoz verən UBS analitikləri istehsal xərclərinin azalması ilə biometrik kartların geniş yayılacağını və 2026-cı ildə kartlı biometrik ödənişlərin ümumi kartlı ödənişlər içərisindəki payının 15%-ə yüksələcəyini düşünür.

Biometrik ödənişlərin qlobal bank gəlirlərini 5 milyard dollar artıracağına inanan UBS bu sahədə İsveçli Fingerprints’ ə əlavə olaraq Gemalto və Thales’in bazarda özlərinə yaxşı mövqe tutduqlarını diqqətə çəkdi.

Related posts

Azərbaycanda pul bazası artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 26%-ə yaxın artıb

30.08.2024 tarixinə AZIR İNDEKSLƏRİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı