Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Uçot dərəcəsinin endirilməsi kredit faizlərinə tam təsir etməyib: pərakəndə kreditlər bahalaşıb - BBN

Uçot dərəcəsinin endirilməsi kredit faizlərinə tam təsir etməyib: pərakəndə kreditlər bahalaşıb

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasına baxmayaraq, fiziki şəxslərə verilən pərakəndə kreditlər üzrə faizlər azalmayıb, əksinə artıb.

BBN.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ilin iyul ayından etibarən uçot dərəcəsinin azaldılması qərarlarının həm yeni cəlb olunan depozitlərə, həm də verilən kreditlərin faizlərinə təsiri təhlil olunur.

Kazımov qeyd edib ki, ötən ilin iyulu ilə müqayisədə həm fiziki, həm də hüquqi şəxslərdən cəlb edilən yeni depozitlər üzrə faizlərdə enmə müşahidə olunub. Belə ki, fiziki şəxslər üzrə depozit faizləri 0,46 faiz bəndi, hüquqi şəxslər üzrə isə 0,55 faiz bəndi azalıb.

Eyni zamanda, hüquqi şəxslərə verilən yeni kreditlər üzrə faizlərdə də geriləmə qeydə alınıb. Mart ayında bu kreditlərin faizləri ötən ilin iyulu ilə müqayisədə 0,46 faiz bəndi aşağı düşüb.

Lakin fərqli vəziyyət pərakəndə kredit bazarında müşahidə edilir. Mərkəzi Bank sədrinin sözlərinə görə, fiziki şəxslərə verilən kreditlər üzrə orta faizlər eyni dövrlə müqayisədə 0,49 faiz bəndi artıb.

“Tənzimləmə alətlərimizdən istifadə etməklə növbəti aylarda bu istiqamətdə də dəyişikliklərə nail olmağı planlaşdırırıq”, – deyə Kazımov vurğulayıb.

Məlumata görə, istehlak kreditlərinin orta faiz dərəcələri üzrə müqayisə 31 mart 2026-cı il, 31 mart 2025-ci il və 30 iyun 2025-ci il tarixlərinin göstəriciləri əsasında aparılıb.

Related posts

İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif!

Hesablama Palatasının səlahiyyətləri genişləndirilir

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı