“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə start verilib

Qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, istehsalat ziyarətləri və sosial fəaliyyətlər nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə start verilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri və layihə barədə ətraflı məlumat veriblər.

Qeyd edilib ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin məqsədi qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihədə müxtəlif sektorları təmsil edən 70-ə yaxın qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. “Azestetik Group” və “Elegant-S” MMC də layihənin tərəfdaşları sırasındadır. Layihə martın 7-də başa çatacaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı