Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti ilə KOB sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Ukrayna-Azərbaycan İşgüzar Şurasının Bakıda keçiriləcək ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə hər iki ölkənin KOB-ları arasında əlaqələrin gücləndirilməsi üçün birgə yol xəritəsinin hazırlanmasına, KOB-ların iştirakı ilə dövlət-özəl tərəfdaşlıq formatında birgə layihələrə, ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski də iştirak edib. 

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı