Ümumdünya Standartlar Günü ilə bağlı tədbir keçirilib

Ümumdünya Standartlar Gününə dair tədbirdə keyfiyyət standartlarının tətbiqi sahəsində KOBİA-nın sahibkarlarla apardığı iş barədə də məlumat verilib.

Ümumdünya Standartlar Günü ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı, müvafiq dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə dövlət tərəfindən standartlaşdırma sahəsində həyata keçirilən tədbirlər, bu sahədə rəqəmsal həllər, müasir dövrdə standartların rolu və faydası, tikinti materiallarının standartlaşdırılmasının xüsusiyyətləri barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov keyfiyyət standartlarının tətbiqinin KOB-ların rəqabət qabiliyyətinin və ixracının artırılmasında önəmi, bu sahədə Agentliyin sahibkarlarla apardığı iş barədə məlumat verib. Qeyd edilib ki, standartlaşdırma sahəsində sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirləri vacibdir. Bu istiqamətdə KOBİA tərəfindən də istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müxtəlif maarifləndirici görüşlər, təlim və digər tədbirlər həyata keçirilir. Agentlik KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinə qrant ayırır və ötən müddət ərzində qeyri-neft məhsullarının ixracı üçün tələb olunan sertifikatların alınması üzrə layihə də maliyyələşdirilib. Dövlət – biznes əməkdaşlığının genişlənməsi standartların daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı