Unibank əməkdaşları arasında intellektual yarışma keçirilib

Unibank əməkdaşları arasında ənənəvi “Fibonacci” intellektual yarışması keçirilib. Yarışmanın keçirilməsində məqsəd, hər zamankı kimi bank əməkdaşlarının əhval-ruhiyyəsini, komanda ruhunu daha da yüksəltmək olub. İnteraktiv yarışda bankın Baş ofis, Bakı və rayon filialları, törəmə təşkilatlarının əməkdaşlarından ibarət 25 komandası iştirak edib. Hərəsi 6 nəfərdən ibarət olan komandalar “Bir komanda ol, bir komanda kimi düşün!” şüarı altında yarışıblar.  

“Fibonacci gamification company” tərəfindən keçirilən oyunda komanda üzvlərinin intellektual bilikləri sınağa çəkilib. Yarış müddətində komandalar 7 tur ərzində müxtəlif sualları cavablandırıblar. Çox həyacanlı və maraqlı keçən yarışın sonunda qaliblər müəyyənləşib. “Unicapital”, rəqəmsal bankçılıq və pərakəndə satış bölümlərinin komandaları ən yüksək nəticə göstərərək, yarışın qalibləri olublar.

Unibank-Sənin Bankın!

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı