Unibank ağacəkmə aksiyasında iştirak edib

Unibank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan ağacəkmə kampaniyasına qoşulub. Bank rəhbərliyi və əməkdaşlar bu gün Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə tədbirində iştirak edib. Ölkə bank sektorunun nümayəndələri tərəfindən ümumilikdə 3 hektar ərazidə ağac əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanıb. Memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu ildən başlayaraq 10 il ərzində hər il yüz min ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir. Ağacəkmə tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı