Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank beynəlxalq konfransın dəstəkçisi olub - BBN

Unibank beynəlxalq konfransın dəstəkçisi olub

Bakıda “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025” keçirilib. Unibank KB ASC-nin də dəstəkçilər siyahısında olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlif panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor dialoqları təşkil olunub.

Tədbirin dəstəkçilərindən olan Unibank,  konfrans çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə hər iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər təşkil edilib.

Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütmək deyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yeni tərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. Unibank bu kimi təşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasına dəstək vermiş olur.

Unibank bundan sonra da sahibkarlığın inkişafını, ixrac imkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarının qurulmasını təşviq edən layihələrdə fəal iştirakını davam etdirəcək.

Unibank-Sənin Bankın!

Related posts

Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “NƏHƏNG QAYIDIŞ” 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT

Bank sektorunda süni intellekt inqilabı: Qlobal nəhənglər valyuta risklərini AI-yə həvalə edir

Bazarlar ECB-dən daha sərt addımlar gözləyir: Faiz 3%-ə çata bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı