Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir - BBN

Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir

Unibank Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş təşəbbüslərin daimi dəstəkçisidir. Bank bu dəfə dünyanın ən nüfuzlu intellektual yarışlarından birinə – Bakıda keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına tərəfdaşlıq edir.

31 avqust – 5 sentyabr tarixlərində keçirilən tədbirə dünyanın 70 ölkəsindən 140 komanda qatılıb. Gənc proqramçılar yarış boyu alqoritmik düşüncə, problem həll etmə və komanda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan bu finalda ADA Universiteti və Bakı Ali Neft Məktəbi komandaları ilə təmsil olunur.

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir. Unibank Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tədbirin tərəfdaşları sırasında yer alır.

Bankın bu əməkdaşlığı yalnız böyük bir beynəlxalq tədbirə dəstək deyil. Unibank üçün bu, həm də ölkədə rəqəmsal mühitin möhkəmləndirilməsi, gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına verilən töhfədir.

Related posts

AMB-nin xarici valyuta əməliyyatlarından gəlirləri 25 % artıb

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 23 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı