Unibank KB ASC-də yeni kadr dəyişikliyi həyata keçirilib.
Bankdan BBN.az-a verilən məlumata görə, İbrahimov Taleh Vaqif oğlu Beyləqan filialının müdiri təyin olunub.
O, bundan əvvəl Satış Mərkəzinin Regional Meneceri (Mikromaliyyələşdirmə biznesi departamenti) vəzifəsində çalışıb.
Qeyd edək ki, Taleh İbrahimov 21 yanvar 2025-ci ildən etibarən Unibank-da fəaliyyət göstərir. O, bundan öncə AccessBank QSC-də çalışıb.
T. İbrahimov ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında alıb. O, “Maarif / İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə təhsilini başa vurub.
Təyinat 5 sentyabr 2025-ci il tarixində rəsmiləşdirilib.