Unibank 22 iyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib. Tədbirin əsas məqsədijurnalistləri peşə bayramı münasibətilə təbrik etmək, media iləəməkdaşlığı daha da gücləndirmək və peşəkar inkişaflarına dəstəkolmaq olub.
Tədbirdə Unibank KB Müşahidə Şurasının üzvü, Müşahidə Şurasısədrinin müavini Faiq Hüseynov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərindəuğurlar arzulayıb. O, jurnalistikanın cəmiyyət üçün çox vacib sahəolduğunu, ictimai fikrin formalaşmasında, insanlarınməlumatlandırılmasında və maarifləndirilməsində medianınmühüm rol oynadığını vurğulayıb.
Tədbirin əsas hissəsində jurnalistlər üçün “İnsanları AnlamağınGücü – Insights Discovery” mövzusunda 2 saatlıq interaktiv təlimkeçirilib. Təlim insan davranışlarını və ünsiyyət tərzlərini dahayaxşı anlamağa kömək edən beynəlxalq inkişaf aləti olan Insights Discovery modeli əsasında təşkil olunub.
Təlim zamanı iştirakçılar Karl Yunqun psixologiyasına əsaslanandörd rəng enerjisi ilə tanış olub, insanların fərqli davranış vəqərarvermə tərzləri barədə məlumat əldə ediblər. Sessiyaçərçivəsində jurnalistlər qısa özünüqiymətləndirmə vasitəsilə özdominant ünsiyyət tərzlərini müəyyən edib, fərqli xarakterliinsanlarla daha effektiv kommunikasiya qurmaq üçün praktikyanaşmalarla tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Unibank media ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir və jurnalistlərin peşəkar inkişafına dəstək göstərən bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Unibank — Sənin Bankın!