Unıbank kapitalını artırır

Unibank KB ASC kapitalını növbəti dəfə artıracaq. Bu haqda  Səhmdarların  növbədənkənar Ümumi Yığıncağının 22 sentyabrda keçiriləcək iclasında qərar qəbul ediləcək. Kapitalın ümumilikdə 30 milyon manatadək artırılması nəzərdə tutulur. Unibankın İdarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, bu haqda qərar Bankın səhmdarları tərəfindən verilib: “Bankın uğurlu inkişafını dəstəkləmək, müştərilərə yeni məhsul və xidmətləri təqdim etməsi üçün Səhdmdarlarımız əlavə kapital qoyuluşu və cəlb edilməsi haqda qərar veriblər. Bu, səhmdarların ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamının göstəricisidir”.

Related posts

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Pulunuz Kapital Bank istiqrazları ilə sizə daha çox gəlir gətirsin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı