Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank KB ASC-də noyabr ayı üzrə yeni təyinatlar - BBN

Unibank KB ASC-də noyabr ayı üzrə yeni təyinatlar

Nəbiyev Samir Adil oğlu əvvəlcə Texnologiya üzrə Qrup Rəhbəri vəzifəsində çalışıb. 3 noyabr 2025-ci il tarixindən etibarən o, Java Back-end üzrə Funksional Sahə Rəhbəri kimi yeni vəzifəyə təyin olunub. Samir Nəbiyev 13 may 2024-cü ildən Unibank ailəsinin üzvüdür. O, karyerasına Aztelekom İstehsalat Birliyində başlayıb, daha sonra Mobisky MMC, Digital Stream MMC və Embawood MMC-də çalışıb. Təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində isə Maliyyə üzrə magistr kimi davam etdirib. Hazırda əlavə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr təhsili alır.

Əliyeva Aygün Cavanşir qızı əvvəl İstehlakçıların müraciət və şikayətlərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi kimi fəaliyyət göstərirdisə, 7 noyabr 2025-ci il tarixindən həmin şöbənin müdiri təyin olunub. Aygün Əliyeva 2014-cü ildən Unibank-da çalışır və Azərbaycan Memarlıq və İnşaat Universitetində Ekologiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə sahibdir.

Rəhimov Əsgər Habil oğlu isə Komplayens şöbəsinin müdiri vəzifəsinə 12 noyabr 2025-ci il tarixində gətirilib. Əvvəlki iş yerləri arasında müxtəlif özəl şirkətlər, Azər Consalting Group MMC, Unibank, Azerbaijan Food Company MMC və Bank Respublika ASC yer alır. Təhsilini Azərbaycan Beynəlxalq Universitetində Hüquqşünaslıq üzrə bakalavr, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq üzrə magistr səviyyəsində alıb.

Unibank yeni təyinatlarla əlaqədar olaraq, kadr potensialının gücləndirilməsi və bankın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində addımlarını davam etdirir.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı