25 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 11.08.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Unibank Kommersiya Bankı” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2019002024 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 50,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 ABŞ dolları |
| İstiqrazların buraxılış həcmi | 5,000,000 ABŞ dolları |
| İllik gəlirlilik faizi | 8% |
| Ödəmə Periodu | İstiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcəkdir |
| Tədavül müddəti | 6 il |
| Ticarətə buraxılma tarixi | 11.08.2026 |
| Anderrayter | “Unicapital İ.Ş.” ASC |