“Unibank Kommersiya Bankı” ASC-nin yeni buraxılmış istiqrazlarının ticarətə başlama zəngi mərasimi keçirilmişdir

30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin kapital bazarlarında yeni istiqraz buraxılışını qeyd etmək məqsədi ilə ticarətə başlama zəngi mərasimi keçirilmişdir. Ümumi dəyəri 12,000,000 (on iki milyon) ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

  Ticarətə başlama mərasimində emitent tərəfindən “Unibank Kommersiya Bankı” ASC, birja üzvü tərəfindən Unicapital İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, “Unibank Kommersiya Bankı” ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı