Unibank “Media savadlılığı” həftəsinə dəstək verir

Bu gündən dekabrın 22-dək ölkəmzdə “Media savadlılığı” həftəsi keçirilir. Unibank KB Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən savadlılıq həftəsinin tərəfdaşları sırasındadır.

“Media Savadlılığı” həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Qeyd edək ki, hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər öz fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.

Related posts

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

Aqrar Sığorta Fondu Sığorta Forumunda iştirak edib

AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı