“Unibank” özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub

Unibank özünüməşğulluq layihəsində qazilərimiz də daxil olmaqla, daha bir neçə vətəndaşımıza dəstək göstərib. Layihə çərçivəsində bank tərəfindən Bakı, Abşeron, Xaçmaz və Bərdədə yaşayan həssas əhali qruplarına şəxsi bizneslərini qurmaq üçün avadanlıqlar təqdim olunub.

Qeyd edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.

Unibank- Sənin Bankın!

Related posts

Bank Respublika 2024-cü ili möhtəşəm maliyyə nəticələri ilə başa vurub

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı